Windows proqram və ya oyunları Linuxda sistemdə yavaşlamağa səbəb olurmu?

Windows proqram və ya oyunları Linuxda işləyərkən sistemə zərər dəyirmi,yavaşlama olurmu?

1 cavab 1

Sualı tam başa düşmədim əslində. Windows proqramlarını Linux-da normalda işlətmək olmur. Wine və ya PlayOnLinux ilə olar amma onlar da performans cəhətdən zəifdirlər. Sistemə ziyan vermə məsələsində, exe fayllar olduğu üçün Windows-un zərərli proqram tərəflərini qismən də olsa gətirə bilərlər amma performans cəhətdən özləri yavaş işləsə də, sistemin ümumi sürətinə çox da təsir etmir. Yenə də, Windows proqramları əvəzinə həmin proqramların Linux üçün olan buraxılışlarını və ya Linux alternativlərini tapıb istifadə etsəz daha yaxşı nəticə əldə etmək olar.

Suala cavab vermək üçün daxil olun!