Windows proqramlar Ubuntu-da işləyirmi?

Mənim Windows-da işlətdiyim proqramlar Ubuntuda da işləyəcəkmi? Və ya alternativlər varmı?

1 cavab 1

Windows-da istifadə olunan bir çox məhşur proqramın Ubuntu üçün buraxılışları da mövcuddur. Bunları sadə bir Google axtarışı ilə tapa bilərsiniz. Əgər axtardığınız proqramın rəsmi buraxılışı mövcud deyilsə, böuyük ehtimalla bir çox fərqli alternativlər mövcuddur. Bunlardan ən məhşur bir neçəsini qeyd etməli olsaq, Photoshop əvəzinə GIMP, Illustrator əvəzinə Inkscape, Notepad ++ əvəzinə Sublime Text və ya Github Atom istifadə edə bilərsiniz. Digər alternativlər üçün http://alternativeto.net/ saytında axtarış edə bilərsiniz. Ubuntu-ya keçmədən əvvəl Windows-da ən çox istifadə etdiyiniz proqramların alternativlərinin mövcud olub  olmadığını yoxlayın. Bir çox Ubuntu üçün olan proqramın Windows buraxılışı da var, bu proqramları əvvəlcədən Windows-da endirib, quraşdırıb test edə bilərsiniz.

Əgər axtardığınız proqram üçün alternativlər yoxdursa və ya sizi qane etmirsə, Ubuntu-da Windows proqramlarını(.exe .msi kimi) istifadə etmək də mümkündür. Amma keyfiyyət o qədər də yaxşı olmur adətən. Əgər alternativlər varsa onlardan istifadə etməyə çalışın, çox daha stabil olacaqdır. Software Center(Yazılım Merkezi)-dən Wine compatibility layer icon proqramını quraşdıraraq Windows proqramlarını Ubuntu-da işlədə bilərsiniz. Amma unutmamaq lazımdır ki, bəzi proqramlarda kiçik və ya böyük problemlərlə qarşılaşa bilərsiniz. Hətta bəzi proqramları istifadə etmək mümkün deyil (Hansı proqramların problemsiz işləyəcəyini görmək üçün Wine Proqram Bazasına baxın).

Wine quraşdırılqdan sonra hər hansı bir .exe ya da .msi faylını işlədə bilərsiniz. Əlbəttə, sadəcə güvəndiyiniz mənbələrdən olan proqramları istifadə edin və Windows zərərli əlavələrindən qaçmağa çalışın.

Screenshot of right-click opening an executable

Əgər  uyğunsuzluqlarla qarşılaşsaz, bu ppa-dən ən son Wine Beta buraxılışını istifadə edin:

ppa:ubuntu-wine/ppa software source

Wine-dan başqa Winetricks icon, CrossOver iconCrossOver Games iconPlayOnLinux icon seçimləri də mövcuddur.

Windows proqramında hər hansı bir çətinliklə qarşılaşsanız sazlama(debug) nəticələrini görmək üçün terminaldan bunu işlədin: wine msiexec /i file.msi və ya sadəcə wine file.exe.

Suala cavab vermək üçün daxil olun!