Kompüterimin 32 və ya 64 bit olmasını necə öyrənə bilərəm?

Salam, Kompüterimin 32 və ya 64 bit olmasını hardan və necə öyrənə bilərəm?

1 cavab 1

Bunun üçün ən az 3 asan yol var:

  1. Konsolda uname -a daxil edin.
    • Burada Linux emin-S500CA 3.19.0-16-generic #16-Ubuntu SMP Thu Apr 30 16:09:58 UTC 2015 x86_64 x86_64 x86_64 GNU/Linux yazısı gələcək. Sonda olan neçə bitlik olduğunu göstərir. x86_64 kompüterin 64 bitlik olduğunu göstərir. 32 bitlik kompüterlərdə bu göstərici i386 olur.
  2. file /sbin/init - əmri
    • Yeni sistemlərdə bunun symbolic link olduğu yazısı gəlir, o zaman file gələn_yazıdakı_ünvan yazmaq lazımdır: file /lib/systemd/systemd
    • ELF 64-bit LSB shared object, x86-64, version 1 (SYSV), dynamically linked (uses shared libs), for GNU/Linux kimi bir cavab gələcək. Bu sistemin 64 bitlik olduğunu göstərəcək. 32 bitlik sistemdə isə ELF 32-bit LSB shared object, Intel 80386, version 1 (SYSV), dynamically linked (uses shared libs), for GNU/Linux tipli yazı gələcək.
  3. Son üsul isə, unity menyusundan Kompüter Haqqında (About this computer) bölümüdür. Burada ƏS Növü (OS type) yazılan yerdə sistemin neçə bitlik olduğunu göstərir.
Suala cavab vermək üçün daxil olun!