Ubuntuda proqramları necə qura bilərəm?

Ubuntu əməliyyat sistemində proqramları necə qurmaq olar?

1 cavab 1

Ubuntuda digər linux sistemləri kimi bir neçə proqram quraşdırma yöntəmləri var.

  1. Qaynaq kodundan dərləyib (compile) quraşdırmaq. Qarnaq kodlar git, svn kimi repositorlarda və ya tar.gz kimi arxiv fayllarında olur. Çoxunun içində INSTALL faylı olur və içində necə quraşdıracağınız yazılır. Bu cür fayllar normalda bütün linux sistemlərində quraşdırıla bilinir.
  2. Ubuntu Debian köklü sistemdir. Digər Debian köklü əməliyyat sistemlərində olduğu kimi Ubuntuda da .deb paketlərini quraşdırmaq olur. Əksər saytlarda deb formatlı versiya olur, onu endirib əmr sətrindən və ya Ubuntu Proqram Mərkəzi ilə quraşdıra bilərsiz. Proqramı açdığınızda özü quraşdırma köməkçilərindən birində açılacaq.
  3. Bir çox proqramlar əmr sətrindən apptitude (apt-get) ilə və ya Ubuntu Proqram Mərkəzindən (Ubuntu Software Center) quraşdırıla bilinir. Bu xidmət (proqram) yeniləmə repositorlarında olan ünvanlardan proqramları və onların son versiyalarını toplayır və onları qurmağa imkan verir. Olmayan əksər proqramların PPA kanalı olur. Onu əlavə edərək qura bilərsiz. Şəxsən mənim ən çox bəyəndiyim yöntəm Synaptic proqramıdır.
Suala cavab vermək üçün daxil olun!