İstifadəçini sudoer siyahısına necə əlavə edə bilərəm?

Hər hansı bir istifadəçini sudoer (sudo əmri üçün icazəsi olanlar) siyahısına necə əlavə edə bilərəm?

1 cavab 1

sudo qrupuna istifadəçini əlavə etmək üçün

sudo adduser <istifadəçi adı> sudo

əmrini daxil edin. Bununla istifadəçi sudo qrupuna əlavə ediləcək.

Başqa bir üsul isə sudoer faylını dəyişdirməkdir.

  1. /etc/sudoers faylını açın. Bunun üçün sudo visudo əmri kifayətdir.
  2. Ön seçimlərə görə bu əmr faylı vi-də açacaq, nano və ya gedit üçün açmazdan əvvəl export EDITOR="nano" və ya export EDITOR="gedit" əmrini daxil edin.
  3. Faylın sonuna `istifadəçiAdı ALL=(ALL) ALL` yazısını əlavə edin.

Faylı yadda saxlayın, bundan sonra o istifadəçi daxil olduqda sudo əmri üçün icazəsi olacaq.

Suala cavab vermək üçün daxil olun!