Unity panelə öz proqramımı əllə necə əlavə edə bilərəm

Hər hansı bir .desktop formatlı proqram başlatmanı unity panelinə əlavə edə bilərəm?

Gnome və ya KDE-də menyunu dəyişdirmə proqramından əlavə edilirdi. Bəs Unity-də bu mümkündür ya yox?

1 cavab 1

Bir çox proqramlarda açıq olduqları zaman unity panelində proqrama (proqramın ikonunun üzərində) sağ kliklə opsiyalar menyusunu açaraq paneldə saxlama (keep in launcher) seçənəyini seçərək proqramın paneldə qalmasını təmin etmək mümkündür.

Və ya öz şəxsi ikonunuzu əlavə etmək istəyirsinizsə, mövcud başladıcını (.desktop) köçürüb, dəyişdirərək əlavə edə bilərsiz:

cp /usr/share/applications/firefox.desktop ~/.local/share/applications

Bundan sonra faylı dəyişdirmək üçün açın:

gedit ~/.local/share/applications/firefox.desktop &

Bununla sizin şəxsi başladıcınız (launcher) olacaq.

Başqa bir üsul isə gconf-editor proqramıdır.

Proqramda buraya gedin:

desktop-> unity-> launcher -> favorites

Oraya öz .desktop faylınızı əlavə edə və ya yenisini yarada bilərsiz.

Suala cavab vermək üçün daxil olun!