Əməliyyat Sistemi düzəltmək istəyirəm

Əməliyyat Sistemi düzəltmək istəyirəm ama ubuntu builder barədə bir çox şeyi bilmirəm məsələn ubuntunu özümüzküləşdirdikdən sonra setupunu necə hazırlıyım?

1 cavab 1

Ubuntu Builder ilə yeni bir əməliyyat sistemi düzəltmək mümkün olmur. Sadəcə ubuntu üçün balaca modifikasiyalar etmək mümkündür. Çünki paketləmə zamanı builder mövcud sistemi işlədir və sonda yaranan sistem də ubuntu olur.

Bunun məqsədi iş yerlərində hər kompüterə ayrı-ayrı şirkətə lazım olan proqramları qurmaq yerinə hamısına eyni vaxtda qurmaq üçündür.

Yeni bir əməliyyat sisteminin paket idarə etmə mərkəzi kimi problemləri var. Türkiyənin Pardus ƏS-nin də yox olmasının səbəblərindən biri də elə bu idi (hazırki sistem debianın biraz dəyişdirilmiş ama yeniləməlir və s. Debiandan alan bir Debian ƏS-dir. Debian və ya Ubuntu əsaslı sistemlər apt paket idarə edicisi ilə işləyirlər və yeniləmələri (update) almaq üçün repositorilər olmalıdır. Onları verən sağlam bir server olmalıdır və orada paketlər yeni sistem üçün davamlı yenilənməli, test edilməli və dpkg ilə paketlənməlidir. Bu isə davamlı bir neçə nəfərin bu iş ilə məşğul olmasını tələb edir və gəlir olmadan adamların öz işlərini buraxıb ancaq bununla məşğul olması Azərbaycanda çox çətindir. Digər sistemlərdə bunu ya icma edir, yeni sistemlərdə minlərcə insanı icmada toplamaq artıq çox da mümkün deyil, PİSİ komandasında 10 nəfər belə icmada çətin toplanır, və ya icma yerinə bu işə texnik dəstək verən şirkətlər baxır - Canonical və ya Red Hat kimi, Azərbaycanda da belə bir şirkət yoxdur və tələb də yoxdur. Vaxtıyla bununla bağlı uzun müzakirə olmuşdu və nəticə olaraq yeni qurulacaq sistemin 1 ildən çox ayaqda qala bilməyəcəyi qənaətinə gəlinmişdi.

Suala cavab vermək üçün daxil olun!