Ubuntunu əsas OS kimi, Windowsu isə USB flashdan boot etmək olarmı?

Salam, istəyirəm bir dəfəlik ubuntuya keçim. Amma bəzi dizayn proqramları PS, Ai, Corel Draw kimi proqramlardan imtina edə bilmirəm. Bilmək istərdim ki, Windowsu USB Flash-a yazib, OS-i flashdan boot eləmək olarmı? P.S Dual-boot istəmirəm

3 cavab 3

Bunun üçün WinToUSB işlədə bilərsiz. Bu proqram sizin istədiyinizi görə bilər. Amma daha yaxşı bir seçim ubuntu içində virtual Windows qurmaq ola bilər. Windows-un hər hansı bir proqramına bağlı olan insanlar bu cür virtual mühitdə həmin proqramları işlədirlər. Başqa seçim də o proqramları PlayOnLinux və ya wine ilə qurmağı yoxlamaq olar.

Minnətdaram. Belə başa düşürəm performance üçün ən yaxşısı Virtual Machine qurmaq olar eləmi?

Bəli, əksər kompüterlərdə virtual sistem daha yaxşı işləyəcək. Amma kompüterin göstəriciləri (ram, yaddaş, cpu) zəifdirsə o zaman dediyim wine və PlayOnLinux daha yaxşı seçim ola bilər.

Suala cavab vermək üçün daxil olun!